Azərbaycanda dərman vasitələrinə nəzarət markasının verilməsi qaydaları dəyişdiriləcək

Azərbaycanda dərman vasitələrinə nəzarət markasının verilməsi qaydaları dəyişdiriləcək Məsələ Milli Məclisdə müzakirə olunacaq
Sağlamlıq
10 Fevral , 2015 09:08
Azərbaycanda dərman vasitələrinə nəzarət markasının verilməsi qaydaları dəyişdiriləcək

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycanda "Dərman vasitələri haqqında" qanunda dəyişiklik edilməsi gözlənilir. "Report" xəbər verir ki, Milli Məclisdə müzakirəyə çıxarılacaq dəyişiklik layihəsi bu qanunun "Dərman vasitələrinin keyfiyyəti, səmərəliliyi və təhlükəsizliyi üzərində dövlət nəzarəti" adlı 8-ci maddəsini əhatə edir.

Yeni əlavəyə əsasən, dərman preparatlarının nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi qaydaları, habelə nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Layihəyə əsasən, nəzarət markalarının alınmasına görə ödənilən məbləğ dövlət büdcəsinə köçürülür. Həmin vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Digər əlavəyə əsasən, müvafiq icra hakimiyyəti orqanı nəzarət markalarının hazırlanmasını təmin edir.

Son xəbərlər

Orphus sistemi