Yuxarı

​Azərbaycanda dərman preparatlarının qiymətləri tənzimlənəcək

Səhiyyə Nazirliyi Sənaye və İqtisadiyyat Nazirliyi ilə birgə Nazirlər Kabinetinə qərar layihəsi təqdim edib

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycan televiziya kanalları bəzi hallarda dərman vasitələrini və özəl müəssisələrin göstərdiyi tibbi xidmətləri qanunsuz reklam edirlər.

"Report"un məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirov parlamentin İqtisadi siyasət komitəsinin martın 10-da keçirilən iclasında “Reklam haqqında” qanunun müzakirəsi zamanı səsləndirib.

O qeyd edib ki, dərman vasitələrinin və özəl müəssisələr tərəfindən göstərilən tibbi xidmətlərin reklamına Səhiyyə Nazirliyinin tərkibində fəaliyyət göstərən xüsusi komissiya icazə verir: “Dərman şirkəti və ya özəl tibbi klinika Səhiyyə Nazirliyinə müraciət edib reklam olunacaq dərman preperatının və yaxud hansısa xidmətin reklamının mətnini və videoçarxını təqdim edir və komissiya qanuna əsaslanıb müzakirələrdən sonra rəy verir. Təəssüf ki, televiziya kanalları bu qaydaya çox vaxt riayət etmirlər və reklam təqdim edəndən həmin rəyi tələb etmirlər. Biz Milli Televiziya və Radio Şurasına müraciət etmişik və onların da bu istiqamətdə dəstəyini almışıq və telekanallara müraciətlər olunub”.

A.Qədirov bildirib ki, belə hallar Səhiyyə Nazirliyinin monitorinq qrupu tərəfindən aşkar edilərkən müdaxilə edilir və bunun qarşısı dərhal alınır.

Dərman preparatlarının qiymətlərinin tənzimlənməsi məsləsiniə gəldikdə isə A.Qədirov deyib ki, Səhiyyə Nazirliyi Sənaye və İqtisadiyyat Nazirliyi ilə birgə bu məsələ ilə bağlı Nazirlər Kabinetinə qərar layihəsi təqdim edib: “Hazırda Nazirlər Kabinetində bu məsələ üzərində iş gedir”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi