Keçən ay Klinik Tibbi Mərkəzə dəm qazından zəhərlənmə ilə bağlı müraciət edənlər arasında 4 uşaq olub

Keçən ay Klinik Tibbi Mərkəzə dəm qazından zəhərlənmə ilə bağlı müraciət edənlər arasında 4 uşaq olub Yanvar ayı ilə müqayisədə keçən ay KTM-ə müraciət edənlərin sayında azalma müşahidə edilib
Sağlamlıq
2 Mart , 2015 15:21
Keçən ay Klinik Tibbi Mərkəzə dəm qazından zəhərlənmə ilə bağlı müraciət edənlər arasında 4 uşaq olub

Bakı. 2 mart. REPORT.AZ/ "Cari ilin fevral ayı ərzində Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə dəm qazından zəhərlənmə ilə bağlı 36 müraciət daxil olub. Xəstəxanaya yerləşdirilən 31 pasiyent artıq evə buraxılıb". Bunu "Report"a KTM-in Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, dəm qazından zəhərlənmə ilə bağlı müraciət edənlərin 70 faizi qadınlar, 30 faizi isə kişilər olub: "Ümumi saydan 4 nəfəri isə uşaq olub".

Şöbə müdiri qeyd edib ki, keçən ay allergik vəziyyətlə bağlı 14 nəfər müraciət edib: "Onlardan 9 nəfər klinikaya yerləşdirilib. Həmin xəstələr əsasən iynə şəklində vurulan antibiotiklərə əks reaksiya veriblər. Onların arasında cəmi 1 uşaq olub. O da vitamin preparatına allergik təsir göstərib".

A.Maqsudov əlavə edib ki, yanvar ayı ilə müqayisədə keçən ay KTM-ə müraciət edənlərin sayında azalma müşahidə olunub.  

Son xəbərlər

Orphus sistemi