Culfa Rayon Mərkəzi Xəstəxanasında bir gündə 63 cərrahiyyə əməliyyatı aparılıb

Culfa Rayon Mərkəzi Xəstəxanasında bir gündə 63 cərrahiyyə əməliyyatı aparılıb Xəstəxanada ilk dəfə olaraq spinal anesteziya ilə yırtıq əməliyyatı həyata keçirilib
Sağlamlıq
18 Aprel , 2017 20:13
Culfa Rayon Mərkəzi Xəstəxanasında bir gündə 63 cərrahiyyə əməliyyatı aparılıb

Bakı. 18 aprel. REPORT.AZ/ Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim və tibb işçiləri tərəfindən Culfa Rayon Mərkəzi Xəstəxanasında bir gündə 63 cərrahiyyə əməliyyatı aparılıb.

"Report" muxtar respublikanın Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ambulator müayinələr zamanı isə 107 xəstəyə tövsiyələr verilib. Cərrahi müdaxiləyə ehtiyacı olanlar üzərində uroloji, proktoloji qiqant yırtıq, öd kisəsi əməliyyatları aparılıb. Xəstəxanada ilk dəfə olaraq spinal anesteziya ilə yırtıq əməliyyatı aparılıb. Culfa rayonundakı Yaycı kənd sakini Sadıq Cəfərov üzərində aparılan bu əməliyyat uğurla başa çatdırılıb, xəstə birgünlük müşahidədən sonra evə buraxılıb. 

Son xəbərlər

Orphus sistemi