Çin Ebola virusuna qarşı vaksinin kütləvi istehsalına başlayacaq

Çin Ebola virusuna qarşı vaksinin kütləvi istehsalına başlayacaq Layihənin dəyəri 317 milyon dollardır və 2018-ci ilin sentyabr ayında bitməsi planlaşdırılır
Sağlamlıq
14 Oktyabr , 2015 20:18
Çin Ebola virusuna qarşı vaksinin kütləvi istehsalına başlayacaq

Bakı. 14 oktyabr. REPORT.AZ/ Çin Xalq Qurtuluş Ordusu Ebola virusuna qarşı vaksinin kütləvi istehsalına başlamağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə Çinin "Şinhua" agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, əsas ofisi Tiencində olan "Cansino" şirkəti istehsal üçün sənaye bazasının inşasına başlayıb.

Adıçəkilən layihənin dəyəri 317 milyon dollardır və 2018-ci ilin sentyabr ayında bitməsi planlaşdırılıb.

Bundan başqa, yeni inşa olunan bazada həmçinin sətəlcəm, miningit və vərəmə qarşı da vaksinlər istehsal ediləcək.

Son xəbərlər

Orphus sistemi