Yuxarı

Çimərlik mövsümünə hazırlıqla əlaqədar su nümunələrinin monitorinqinə başlanılıb

Monitorinqlər sentyabrın 15-nə kimi davam edəcək

Bakı. 21 may. REPORT.AZ/ Çimərlik mövsümünə hazırlıqla əlaqədar həftənin ilk günündən etibarən Azərbaycan Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi su nümunələrinin monitorinqinə başlayıb. Bu barədə "Report"a açıqlamasında Mərkəzin şöbə müdiri Ziyəddin Kazımov məlumat verib.

O bildirib ki, 4 gün müddətində Xəzər dənizinin Sabunçu, Binəqədi, Xəzər və Suraxanı rayonları hissəsinə düşən ərazilərindən su nümunələri götürülüb və laboratoriyalara göndərilib: "İlkin olaraq Bakı şəhəri üzrə monitorinqlərin aparılması nəzərdə tutulub. Regionların monitorinqi isə mərkəzin cənub-şimal zonasının əməkdaşlarının iştirakı ilə baş tutacaq".

Z.Kazımov deyib ki, monitorinqlər əsasən dəniz suyunda kəskin mədə-bağırsaq sistemi xəstəliklərinin və bağırsaq çöplərinin olub-olmadığını müəyənləşdirmək məqsədi ilə aparılır: "Hazırda monitorinqlər Suraxanı rayonu ərazisində davam etdirilir. Sonrakı mərhələlərdə isə bütün rayonlar üzrə araşdırmalar olacaq. Bütün proseslər sentyabrın 15-də yekunlaşacaq. Oktyabrın 1-nə kimi isə kəskin mədə-bağırsaq sistemi xəstəliklərinin və bağırsaq çöplərinin aşkar edilməsi məsələsi yekunlaşacaq".

Çimərlik mövsümünün nə zaman açılması vaxtına gəlincə, Z.Kazımov deyib ki, bu məsələ Bakı şəhər İcra Hakimiyyətinin sərəncamına uyğun tənzimlənəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi