Bundan sonra Ebola virusunu 15 dəqiqədə aşkar etmək mümkün olacaq

Bundan sonra Ebola virusunu 15 dəqiqədə aşkar etmək mümkün olacaq "Reebov" adlı test üsulunda daha dəqiq və etibarlı nəticələr əldə etmək mümkündür
Sağlamlıq
21 Fevral , 2015 10:57
Bundan sonra Ebola virusunu 15 dəqiqədə aşkar etmək mümkün olacaq

Bakı. 21 fevral. REPORT.AZ/ Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) əsasən Qərbi Afrikada minlərlə insanın ölümünə səbəb olan Ebola virusunu 15 dəqiqədə müəyyən edən qan testinin istifadəsinə razılıq verib. "Report" bu barədə BBC-yə a istinadən xəbər verir.

Belə ki, ABŞ-ın "Corgenix" şirkətinin hazırladığı "Reebov" adlı test üsulunda müasir metodlara nisbətən tez bir zamanda daha dəqiq və etibarlı nəticələr əldə etmək mümkün olur. Testin əsas üstünlüyü isə nəticələrin 15 dəqiqə ərzində hazır olmasıdır. Test həmçinin qanda virusa aid başqa maddələri də aşkar edə bilir. Bundan başqa, test üsulunun istifadəsində heç bir elektrik enerjisi lazım deyil. Ona görə də bu vasitədən elektrik xətləri olmayan uzaq bölgələrdə də istifadə etmək mümkündür. 15 dəqiqədə əldə olunan nəticələrin hesabına insanlarda virusun ilk əlamətlərinin olub-olmadığı daha tez bilinəcək və bununla da xəstəni vaxtında müalicə etmək imkanı olacaq.

Xatırladaq ki, əvvəllər icad olunan bir neçə test üsulu ilə nəticələr 12 və ya 24 saata hazır olurdu.

Qeyd edək ki, təşkilatın yaydığı son hesabata görə, Qərbi Afrikada Ebola virusuna yoluxma nəticəsində ölənlərin sayı 9 min 442 nəfər, yoluxanların sayı isə 23 min 371 nəfərdir.

Son xəbərlər

Orphus sistemi