Bu ilin sentyabrında Respiratorlar Cəmiyyətinin növbəti konqresi keçiriləcək

Bu ilin sentyabrında Respiratorlar Cəmiyyətinin növbəti konqresi keçiriləcək ​Beynəlxalq Allergiya Günü qeyd olunacaq
Sağlamlıq
29 May , 2015 20:40
Bu ilin sentyabrında Respiratorlar Cəmiyyətinin növbəti konqresi keçiriləcək

Bakı. 29 may. REPORT.AZ/ Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə hər il dünyada 30 may Ümumdünya Beynəlxalq Allergiya Günü kimi qeyd olunur. "Report" xəbər verir ki, Beynəlxalq Allerqoloqlar, İmmunoloqlar və İmmunoreabitoloqlar Assosiasiyasının Azərbaycan bölməsi də bu günü hər il elmi-praktik konfrans şəklində qeyd edir.

Azərbaycanda son 25 ildə allerqoloji xidmət xeyli inkişaf edərək müvəffəqiyyətlər əldə olunub. Hazırda ATU-da fəaliyyət göstərən Allerqologiya və klinik immunologiya kursunda müalicə və pediatriya fakültəsi tələbələrinə fənnin ən müasir problemləri tədris olunur.

Son 20 ildə hər 4 ildən bir Azərbaycan allerqoloqlarının beynəlxalq konqresi keçirilir. Azərbaycan allerqoloqlarının bir qismi Avropa allerqoloqlar və immunoloqlar, Avropa respiratorlar və Amerika torakal cəmiyyətlərinin üzvləridir. Hər il bu cəmiyyətlərin Avropa ölkələrində, ABŞ-da keçirilən beynəlxalq konqreslərində Azərbaycandan onlarla professor və həkimlər iştirak edir. Avropa Respiratorlar Cəmiyyətinin növbəti konqresi bu ilin sentyabrında keçiriləcək və tədbirə bir sıra tanınmış allerqoloqlarımız iştirak üçün hazırlaşır.

Bu sahə üzrə əhaliyə yüksək səviyyədə lazımi tibbi xidmət göstərilir. Belə ki, 5 nömrəli klinik xəstəxana böyüklər üçün, 6 nömrəli klinik xəstəxana isə uşaqlar üçün allerqoloji mərkəz statusunda fəaliyyəti ilə respublika səhiyyə ocaqlarına metodik-konsultativ xidmət göstərir. Klinikalarda allerqoloji kabinetlər və stasionar şöbələri mövcuddur. Eyni zamanda, ATU-nun Tədris Terapevtik Klinikasında allerqoloji-pulmonoloji şöbələr təşkil olunub və yüksək ixtisaslı həkimlər tərəfindən əhaliyə xidmət göstərirlər.

Hazırda ölkədə rezidentura yolu ilə allerqoloq-həkimlər hazırlanır və onlar Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrin mütəxəssisləri ilə sıx şəkildə fəaliyyət göstərirlər.

Son xəbərlər

Orphus sistemi