Yuxarı
    Bağlamaq

    Bu ilin altı ayında Qan Bankında 14 min litrdən çox qan toplanıb

    Aksiyalarda 31 148 nəfər donor iştirak edib

    Bakı. 15 avqust. REPORT.AZ/ Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə bu ilin ilk 6 ayı ərzində B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı və onun bölmələri tərəfindən 210 qanvermə aksiyası keçirilib.

    Nazirliyin mətbuatdən “Report”a verilən məlumata görə, Bakı ilə yanaşı, MQB-nın Gəncə, Lənkəran, Şirvan, Quba, Mingəçevir, Sumqayıt və Şəki bölmələrində baş tutan aksiyalarda ümumilikdə 31 148 nəfər donor iştirak edib.

    Nəticədə keçirilən könüllü qanvermə aksiyalarında 14 min 608 litr qan toplanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi