Yuxarı
    Bağlamaq

    Səhiyyə Nazirliyinin şöbə müdiri: "Bu ilin 5 ayı ərzində 7 xəstəyə sümük iliyi köçürülüb"

    Azərbaycanda talassemiya xəstəliyindən əlillik və ölüm hallarının azaldılmasına nail olunub

    Bakı. 29 may. REPORT.AZ/ “Azərbaycanda talassemiyalı xəstələrin normal həyat fəaliyyətinin təmin olunmasına, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılmasına nail olunub”. “Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov nazirliyin kollegiya iclasında çıxışı zamanı deyib. 

    O bildirib ki, hazırda Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən Respublika Talassemiya Mərkəzində talassemiyanın radikal müalicə üsulu olan sümük iliyinin köçürülməsi əməliyyatları da yerinə yetirilir: “Belə ki, ötən il 10 xəstəyə, bu ilin 5 ayı ərzində isə 7 xəstəyə sümük iliyinin köçürülməsi əməliyyatı uğurla aparılıb”.

    Şöbə müdiri görülən işlərə baxmayaraq, xəstəliyin müalicəsinin çətin olması, ailə və uşaq üçün həddən artıq üzücü olması, xəstələrin sayının artmasını hazırkı dövrdə əhali arasında talassemiyanın qarşısının alınması istiqamətində kompleks tədbirlərin aparılmasına zərurət yaratdığını qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi