Yuxarı
    Bağlamaq

    Nazirlik: Bu il təcili yardıma müraciət edənlərin sayı 30 mindən çox artıb

    Uşaqlar üçün edilən çağırışların sayı 36 500-dən çox olub

    Bakı. 7 avqust. REPORT.AZ/ Bu ilin 6 ayı ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 334 000-dən çox müraciət daxil olub.

    Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu il müraciətlərin sayı 30 000-dən çox artıb.

    Bu il üçün stansiyaya daxil olan müraciətlər əsasında 31 800-dən çox vətəndaş xəstəxanalara yerləşdirilib.

    Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 1100 nəfərdən çox olub. Qəfləti xəstəliklərlə müraciətlərin sayı 179000-dən artıq, miokard infarktı ilə müraciətlərin sayı 460, hospitalizasiya 440-a yaxın, insultla müraciətlərin sayı 1880, hospitalizasiya 1680, doğuşla bağlı müraciətlərin sayı 1580, hospitalizasiya 1580, avtoqəza zamanı xəsarət alanların sayı 1170, hospitalizasiya 1000-dən artıq olub.

    Təcili tibbi yardıma ehtiyacı olan 190 nəfər yaşayış yeri məlum olmayan şəxsə ilkin tibbi yardım göstərilib və onlar müvafiq xəstəxanalara yerləşdiriliblər.

    Nazirliyin məlumatına görə, yay mövsümü başlanandan ilan sancması ilə əlaqədar 31 müraciət olub ki, bunlardan da 3 nəfəri uşaqdır və 30 halda hospitalizasiya icra edilib.

    Bu ilin 6 ayı ərzində uşaqlar üçün edilən çağırışların sayı 36 500-dən, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 6300-dən çox olub.

    Pediatrik reanimasiya briqadaları tərəfindən küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən və paytaxtın doğum evlərində anadan olmuş az çəkili və ya ağır qüsurlarla doğulan 500-ə qədər körpə Respublika Perinatal Mərkəzinə, K.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna hospitalizasiya icra edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi