Son 10 ildə "Təcili yardım" briqadaları yol qəzasına düşən 15 192 xəstəyə yardım göstərib

Son 10 ildə "Təcili yardım" briqadaları yol qəzasına düşən 15 192 xəstəyə yardım göstərib Hadisə yerində ölümlərin sayı 70 olub
Sağlamlıq
20 İyul , 2016 11:32
Son 10 ildə Təcili yardım briqadaları yol qəzasına düşən 15 192 xəstəyə yardım göstərib

Bakı. 20 iyul. REPORT.AZ/ "Son 10 ildə Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının ( SNTTTYS) həkim briqadaları yol qəzasına düşən 15 192 xəstəyə təcili yardım göstərib".

"Report"un məlumatına görə, bunu stansiyanın baş həkimi Mirələm Cəlalov qurumun fəaliyyətinə dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, 13 428 nəfər konsultativ xəstəyə tibbi yardım göstərilib: "Təkcə bu il daxil olan çağırışların sayı ümumilikdə 659 olub. Bunlardan yol-nəqliyyatı hadisələri 624, terapevtik və digər travmaların sayı 35, baxılan xəstələrin sayı 712, hospitalizə edilənlərin sayı 12, hadisə yerində ölümlərin sayı 70 olub".

Stansiyanın baş həkimi onu da qeyd edib ki, hazırda respublika üzrə 12 regional məntəqə var: "Məntəqələrin hər birində yüksək səviyyəli həkimlər və orta tibb işçiləri fəaliyyət göstərir".

Son xəbərlər

Orphus sistemi