Səhiyyə Nazirliyi: Bu il ölkədə 17 ana ölümü faktı qeydə alınıb

Səhiyyə Nazirliyi: Bu il ölkədə 17 ana ölümü faktı qeydə alınıb Bakı. 28 dekabr. REPORT.AZ/ “Ölkədə həyata keçirilən tədbirlərin nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika əldə edilib”.
Sağlamlıq
28 Dekabr , 2018 17:10
Səhiyyə Nazirliyi: Bu il ölkədə 17 ana ölümü faktı qeydə alınıb
0 : 00
0 : 00

Bakı. 28 dekabr. REPORT.AZ/ “Ölkədə həyata keçirilən tədbirlərin nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika əldə edilib”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov qurumun kollegiya iclasında deyib.

Onun sözlərinə görə, əgər 2014-cu ildə ölkədə körpə ölümü göstəricisi 10,2 promilli idisə, 2018-ci ildə beynəlxalq diridoğulma meyarları nəzərə alınmaqla bu rəqəm 11,0 promilli təşkil edib: “Bu günə qədər 1000 qram və az çəki ilə doğulmuş 353 körpədən 126-nı xilas etmək mümkün olub”.

G.Poladov qeyd edib ki, 2017-ci ildə 21 ana ölümü qeydə alındığı halda, 2018-ci ildə bu rəqəm 17 olub. 

Son xəbərlər

Orphus sistemi