Yuxarı

Bu il Azərbaycanda qida zəhərlənmələrindən 746 nəfər zərər çəkib

Ölkədə 13 botulizm hadisəsi qeydə alınıb, iki nəfər dünyasını dəyişib

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bu ilin 9 ayı ərzində Azərbaycanda 523 qida zəhərlənməsi hadisəsi qeydə alınıb. Bu barədə "Report"a Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev məlumat verib.

Onun sözlərinə görə, bu müddətdə qida zəhərlənmələrindən ümumilikdə 746 nəfər zərər çəkib.

Şöbə müdiri qeyd edib ki, doqquz ayda ölkədə 13 botulizm hadisəsi qeydə alınıb: "Zərərçəkənlərin sayı 19 nəfər olub ki, onlardan ikisi dünyasını dəyişib. İnsan ölümünə səbəb olan zəhərlənmələr evdə hazırlanan tutmalardan baş verib".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi