​Bu il Azərbaycanda peyvənd olunan uşaqların sayı açıqlanıb

​Bu il Azərbaycanda peyvənd olunan uşaqların sayı açıqlanıb Nəsib Quliyev: "Hazırda Azərbaycanda uşaqlara 11 xəstəliyə qarşı peyvənd vurulur"
Sağlamlıq
23 May , 2016 12:48
​Bu il Azərbaycanda peyvənd olunan uşaqların sayı açıqlanıb

Bakı. 23 may. REPORT.AZ/ "Bu ilin ilk 4 ayı ərzində peyvənd olunacaq uşaqların sayına görə ölkə üzrə əhatə olunma, yenidoğulmuşların vərəm əleyhinə (BCG) peyvəndi ilə 96,9 faiz, Hepatit B (HepB) peyvəndi ilə 98,8 faiz, poliomielit (OPV0) ilə 97 faiz səviyyəsində olub".

"Report"un xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İmmunoprofilaktika bölməsinin müdiri Gülafət Azadəliyeva deyib.

Onun sözlərinə görə, 1 yaşa qədər uşaqlar arasında göyöskürək, difteriya, tetanus əleyhinə beşvalentli (GDTHibHepB3) peyvəndi ilə əhatə olunma 95,1 faiz, OPV3 peyvəndi ilə 96,5 faiz, pnevmokok əleyhinə (Pk) peyvəndi ilə 95 faiz təşkil edib.

Bu ilin fevral ayından İnaktivləşdirilmiş poliomielit vaksininin tətbiqinə başlanıldığını xatırladan G.Azadəliyeva qeyd edib ki, bu dövr ərzində ölkə üzrə əhatə olunma 85 faiz təşkil edib.

Mərkəzin rəsmisi əlavə edib ki, ölkədə İmmunlaşdırma həftəsi ərzində BCG vaksini ilə 326, difteriya, göyöskürək və tetanus əleyhinə GDT vaksini ilə 1 439, difteriya-tetanus əleyhinə DT vaksini ilə 1 356, poliomielit əleyhinə OPV vaksini ilə 4 145 uşaq peyvənd olunub: "Həmçinin qızılca, məxmərək və epidemik parotit əleyhinə QPM vaksini ilə 2 718, hepatit əleyhinə Hep "B" vaksini ilə 175, beşvalentli GDTHibHepB vaksini ilə 3 100, onvalentli kanyuqasiya olunan pnevmokok vaksini ilə 2 555 və A vitamini ilə 1 712 uşaq əhatə olunub. Eyni zamanda, immunlaşdırma həftəsi ərzində böyük yaşlı əhali arasında qızılca və məxmərək əleyhinə QM vaksini ilə 119 nəfərə vaksinasiya aparılıb".

Azərbaycanın baş pediatrı Nəsib Quliyev deyib ki, bu gün ölkədə peyvənd çatışmazlığı yoxdur: "Vaksinasiya işinə görə Azərbaycan öndə gedən ölkələr arasında ilk onluqdadır. Bəllidir ki, ölkədə bütün peyvəndləmə işi tamamilə dövlət hesabına aparılır, yəni bu proses ödənişsizdir. Hazırda Azərbaycanda uşaqlara 11 xəstəliyə qarşı peyvənd vurulur".

Son xəbərlər

Orphus sistemi