Bu il Azərbaycanda dövlət hesabına minə yaxın xəstə ürək əməliyyatı olunub

Bu il Azərbaycanda dövlət hesabına minə yaxın xəstə ürək əməliyyatı olunub Əməliyyat olunanlardan biri 2 aylıq körpədi
Sağlamlıq
30 Dekabr , 2016 17:34
Bu il Azərbaycanda dövlət hesabına minə yaxın xəstə ürək əməliyyatı olunub

Bakı. 30 dekabr. REPORT.AZ/ Bu il Azərbaycanda dövlət hesabına 956 xəstəyə 865 açıq, 91 qapalı ürək əməliyyatı icra olunub.

“Report”un məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov qurumun ilin yekunlarına həsr olunan kollegiya iclasında deyib.

O bildirib ki, bu il ərzində eyni zamanda, 265 uşağa 219 açıq, 46 qapalı kardiocərrahiyyə əməliyyatı icra olunub: “Bunlardan 104-ü 1 yaşa qədər, ən kiçiyi isə 2 aylıq olub. Bununla yanaşı, nazirliyin maliyyə dəstəyi ilə 38 uşaqda uğurla koxlear implantasiya əməliyyatı aparılıb. Uşaqların icbari dispanserizasiyası proqramı çərçivəsində isə uşaqların 81.5 faizdən çoxu müayinələrə cəlb olunub. Tibbi müayinədən keçirilən uşaqların 5.2 faizi sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb, 1 faizi isə ixtisaslaşdırılmış tibb müəssisələrinə hospitalizasiya olunub”.

Şöbə müdiri qeyd edib ki, son 10 ildə talassemiyadan ölüm göstəricisi 5 dəfə azalıb: “Hazırda 2800-dən artıq xəstə bu mərkəzdə daimi müalicə alır. Son illərdə Respublika Talassemiya Mərkəzində irsi qan xəstəliklərinin radikal müalicə üsulu olan sümük iliyinin transplantasiyası əməliyyatına başlanılıb. Bu günə qədər artıq Azərbaycanda 42 uşağa, o cümlədən 30 talassemiyalı, 12 onkohematoloji xəstəyə sümük iliyi köçürülüb. Bu xəstələrdən ən kiçiyinin 2, ən böyüyünün 19 yaşı olub”.

“Ötən ilin iyun ayından artıq 230 minə yaxın insanın qan nümunəsi müayinə olunub. Onların arasında 9892 talassemiya daşıyıcısı, 147 Qazanılmış immunçatışmazlığı sindromu, 828 sifilis xəstəliyi aşkar edilib. Müayinə olunanların arasında 80 xəstə cütlük aşkar edilib”- deyə o, əlavə edib.

Son xəbərlər

Orphus sistemi