Bu il Azərbaycanda 41 nəfəri ilan sancıb

Bu il Azərbaycanda 41 nəfəri ilan sancıb Bu ilin 6 ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 565 müraciət daxil olub
Sağlamlıq
21 İyul , 2017 11:44
Bu il Azərbaycanda 41 nəfəri ilan sancıb
Report.az

Bakı. 21 iyul. REPORT.AZ/ "Bu ilin 6 ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 565 müraciət daxil olub".

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hesabat dövründə dərmandan zəhərlənən 241 nəfər, dəm qazından zəhərlənən 133 şəxs, kəskin allergik reaksiyaları olan 67 nəfər, sirkə turşusundan zəhərlənən 52 şəxs, spirtli içkilərdən zəhərlənən 56 nəfər şöbəyə qəbul edilib.

A.Maqsudov bildirib ki, şöbəyə ilan sancmasından 41, əqrəb sancmasından isə 3 nəfər xəstə gətirilib: "Ötən illə müqayisədə bu rəqəmlərdə azalma müşahidə olunub".

Şöbə müdiri əlavə edib ki, bu ilin ötən dövründə iki nəfər sirkə turşusundan zəhərləndiyi üçün ölüb: "Onlardan biri böyük dozada qəbul etdiyindən, digəri isə regiondan gec gətirildiyinə görə həyatlarını xilas edə bilmədik".

"Sumqayıtda polietelin zavodunda zəhərlənən 11 nəfərdən birinin vəziyyəti ağlr olduğu üçün bizə gətirilib. Müayinələrdən keçib və sutka yarımdan sonra özünə gəlib. Qazdan zəhərlənən 4 nəfər Fövqəladə Hallar Nazirliyinin əməkdaşından 3-ü evə buraxılıb, 1 nəfərin isə müalicəsi davam edir", -deyə o, əlavə edib.

Son xəbərlər

Orphus sistemi