Yuxarı
    Bağlamaq

    Bu il Azərbaycanda 28 min dərman vasitəsinin analizi aparılıb

    3000-dən çox dərman vasitələrinin uyğunsuzluqları istehsalçı və idxalçı şirkətlər tərəfindən aradan qaldırılıb

    Bakı. 20 dekabr. REPORT.AZ/ "Dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyasında il ərzində 28 000-ə yaxın dərman vasitəsinin analizi aparılıb".

    "Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq subyektləri üzrə iş şöbəsinin müdir müavini Pərviz Əzizbəyov mətbuat konfransında deyib.

    O bildirib ki, 15 000-dən çox dərman vasitəsi müsbət qiymətləndirilib, 5 adda dərman vasitəsinin keyfiyyət göstəriciləri dövlət qeydiyyatı zamanı təsdiqlənmiş normativ sənədlərə uyğun olmadığına görə, idxala icazə verilməyib: "Bu da öz növbəsində toplam olaraq 33 534 ədəd qablaşdırma nəzərdə tutur. 1000-dən çox normativ sənəd hazırlanıb və təsdiq olunub. Əczaçılıq subyektləri ilə iş şöbəsinin müfəttişləri tərəfindən ölkəyə idxal olunan dərman vasitələrindən 27 000 seriyadan çox nümunə götürülərək laborator yoxlamaların aparılması üçün Mərkəzin Dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyasına təhvil verilib".

    P.Əzizbəyov qeyd edib ki, prezidentin müvafiq fərmanına görə, yoxlamaların aparılmasına məhdudiyyətlər qoyulduqdan sonra ötən il ərzində qanunla müəyyən edilmiş şəkildə 5 aptekdə plandankənar yoxlamalar aparılıb və müvafiq tədbirlər görülərək nəticələri barədə müvafiq səlahiyyətli orqanlara məlumat verilib.

    O, həmçinin əlavə edib ki, şöbədə il ərzində 400-dən çox dərman vasitəsi dövlət qeydiyyatına alınıb: "Dərman vasitələrinin idxal-ekspertiza şöbəsinə il ərzində 27 000-dən çox seriyada dərman vasitəsinin ölkəyə idxalı üçün müraciətlər olub. Onlardan 23 000-dən çox dərman vasitələrinin idxalı zamanı təqdim edilən sənəd və nümunələrdə heç bir uyğunsuzluq aşkar olunmayıb, 4000-ə yaxın dərman vasitəsinin idxalı zamanı müəyyən uyğunsuzluq müəyyən edilib. 3000-dən çox dərman vasitələrinin uyğunsuzluqları istehsalçı və idxalçı şirkətlər tərəfindən aradan qaldırılıb". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi