Yuxarı
    Bağlamaq

    Bu il Azərbaycanda 17 nəfərə sümük iliyi köçürülüb

    Talassemiya Mərkəzinin ümumi laboratoriyasında il ərzində 17 min 500 nəfər müayinələrdən keçib

    Bakı. 14 dekabr. REPORT.AZ/ “Talassemiya Mərkəzinin Sümük İliyi Transplantasiya şöbəsində bu il 17 xəstəyə sümük iliyi transplantasiyası əməliyyatı həyata keçirilib".

    “Report” xəbər verir ki, bunu mərkəzin direktoru Ceyhun Məmmədov deyib.

    Onun sözlərinə görə, 2014-cü ildən bu günə kimi 42 xəstəyə sümük iliyi transplantasiyası əməliyyatı keçirilib: “Mərkəzin ümumi laboratoriyasında il ərzində 17 min 500 nəfər müayinələrdən keçib. Bunlardan 217 nəfərdə uyğunluq müalicəsi aparılıb”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi