​Bu il Azərbaycanda 125 nəfər narkotik vasitə istifadəçisi aşkarlanıb

​Bu il Azərbaycanda 125 nəfər narkotik vasitə istifadəçisi aşkarlanıb 1 202 nəfər stasionar müalicəyə qəbul olunub
Sağlamlıq
10 Avqust , 2015 19:50
​Bu il Azərbaycanda 125 nəfər narkotik vasitə istifadəçisi aşkarlanıb

Bakı. 10 avqust. REPORT.AZ/ Bu ilin ilk 6 ayı ərzində sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 15 904 nəfər keçib. “Report” Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin məlumatına əsasən xəbər verir ki, 15 904 nəfərdən 360 nəfəri narkotik vasitələrin istifadəsinə görə müayinə olunub. Nəticədə 125 nəfər istifadəçi aşkarlanıb və müvafiq qeydiyyata götürülüb. 

Bununla yanaşı, cari ilin 6 ayı ərzində 1 202 nəfər stasionar müalicəyə qəbul olunub ki, onlardan 579 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları”, 501 nəfəri “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntları”, 122 nəfəri isə digər diaqnozlarla müalicəyə qəbul edilib.

Son xəbərlər

Orphus sistemi