Bu gündən qiymətləri təsdiqlənən daha 1 940 dərman vasitəsi yeni qiymətlərlə satışa çıxarılacaq

Bu gündən qiymətləri təsdiqlənən daha 1 940 dərman vasitəsi yeni qiymətlərlə satışa çıxarılacaq İndiyədək 5 mindən çox dərmanın satış qiyməti təsdiqlənib
Sağlamlıq
25 Fevral , 2016 00:00
Bu gündən qiymətləri təsdiqlənən daha 1 940 dərman vasitəsi yeni qiymətlərlə satışa çıxarılacaq

Bakı. 25 fevral. REPORT.AZ/ Bu gündən etibarən qiymətləri təsdiqlənən daha 1 940 dərman vasitəsi yeni qiymətlərlə satışa çıxarılacaq. "Report" xəbər verir ki, Tarif (qiymət) Şurasının qərarına əsasən, topdan və pərakəndə satış qiymətləri tənzimlənən dərmanların sayı 5 651-ə çatıb.

İndiyədək qiymətləri tənzimlənmiş dərman vasitələrinin sayı 3 711 idi. 

Qeyd edək ki, Azərbaycanda ümumilikdə qiymətləri tənzimlənmiş dərman vasitələrinin manatın məzənnəsində baş verən dəyişikliklərdən əvvəl satışda olan qiymətləri ilə müqayisədə belə 20%-nin qiyməti 2 dəfədən çox, 8%-nin qiyməti 3 dəfədən çox aşağı salınmış, ümumilikdə 60%-nin qiymətləri endirilib.

Tarif (qiymət) Şurasının müvafiq qərarlarına əsasən, hər qrup təsiredici maddə üzrə yeni qiymətlərin qüvvəyə minmə tarixindən etibarən həmin qrupa aid olan, lakin qiymətləri hələlik təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız onların qiyməti təsdiq edildikdən sonra həyata keçirilə bilər.

Son xəbərlər

Orphus sistemi