Nazirlik rəsmisi: "Bu gün heç bir ölkədə qrip virusu ilə bağlı pandemik vəziyyət qeydə alınmayıb"

Nazirlik rəsmisi: "Bu gün heç bir ölkədə qrip virusu ilə bağlı pandemik vəziyyət qeydə alınmayıb" "Hazırda ölkədə xüsusi təhlükəli xəstəliklərə tək-tük hallarda rast gəlinir"
Sağlamlıq
18 Yanvar , 2017 13:28
Nazirlik rəsmisi: Bu gün heç bir ölkədə qrip virusu ilə bağlı pandemik vəziyyət qeydə alınmayıb

Bakı. 18 yanvar. REPORT.AZ/ “Bu gün heç bir ölkədə, eləcə də Rusiyada qrip virusu ilə bağlı pandemik vəziyyət qeydə alınmayıb. Hazırda Azərbaycanda da qrip epidemiyası ilə bağlı heç bir qorxu və narahatlıq yoxdur”.

“Report” xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva qurumun illik hesabat toplantısında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının müxtəlif ölkələrə miqrasiyası olur: “Bizim ölkəyə gələn xarici ölkə vətəndaşları da olur. Hansısa bir vətəndaş xarici ölkədən vətənə xəstə qayıda bilər. Nəticədə respirator infeksiyalar, yüngül qrip virusları ölkəyə gələ bilər. Ancaq bunlar da təhlükəli deyil və hava damcı infeksiyalarıdır”.

Mərkəzin direktor müavini deyib ki, ötən ilin dekabr ayında Azərbaycanda mövsümlə əlaqəli xəstəliklərin sayında bir qədər artım qeydə alınıb: "Artıq onların sayı iki dəfə azalıb. Azərbaycanda təşkil edilən bütün beynəlxalq tədbirlərdə, eləcə də may ayında Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunları ilə bağlı bütün lazımi tədbirlər vaxtında görülür. İslamiada zamanı da yalnız Səhiyyə Nazirliyi deyil, eləcə də Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti və aidiyyəti qurumlar tərəfindən bütün profilaktik tədbirlər həyata keçiriləcək”.

A.Əliyeva vurğulayıb ki, hazırda ölkədə xüsusi təhlükəli xəstəliklərə tək-tük hallarda rast gəlinir: “Bura brüsselyoz, qarayara və quduzluq xəstəliyi aiddir”.

Son xəbərlər

Orphus sistemi