Yuxarı

TƏBİB: Bütün bölgələrdə karantin xəstəxanaları müəyyənləşdirilib

böyük palatalarda 2 nəfər simptomları müşahidə edilməyənlər birlikdə s

1632

“Koronavirus pandemiyasına yoluxma şübhəsi ilə karantinə alınan şəxslərin saxlanma şəraiti nəzarət altındadır. Onların gündəlik yemək və digər tələbatları qarşılanır”.

“Report” xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deputat Erkin Qədirlinin sorğusuna cavabında deyib.

R.Bayramlı bildirib ki, xəstələrin yataq yerlərinə heç bir məhdudiyyət yoxdur: “Əksər xəstəxanalarda 1 nəfərlik, böyük palatalarda isə 2 nəfər simptomları müşahidə edilməyən insan birlikdə saxlanıla bilər”.

O, həmçinin xəstəliyə yoluxması şübhəli hesab edilən şəxslərin əsasən cənub zonasında yerləşən xəstəxanalara aparılması məsələsinə də aydınlıq gətirib: “İlkin olaraq, İrandan ölkəyə gələn vətəndaşlarımız çoxluq təşkil etdiyindən Azərbaycanın cənub bölgələrində karantin xəstəxanaları (Astara, Masallı, Cəlilabad, Neftçala) yaradıldı. Bundan əlavə, Qobustan Rayon Mərkəzi Xəstəxanası, 1 saylı Kliniki Tibbi Mərkəz, Elmi-Tədqiqat Ağciyər İnstitutu və 2 saylı şəhər xəstəxanaları da karantin xəstəxanaları kimi müəyyənləşdirilib. Eyni zamanda, ölkənin bütün bölgələrində karantin xəstəxanaları müəyyənləşdirilib. Ehtiyac yarandığı təqdirdə, hər birindən istifadə ediləcək”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi