Yuxarı

Bölmə müdiri: "Texniki emaldan keçmiş kulinariya məhsulları zəhərlənmələrə səbəb olur"

Bölmə müdiri: "Texniki emaldan keçmiş kulinariya məhsulları zəhərlənmələrə səbəb olur"
İmran Abdullayev: Zəhərlənmələrin əksəriyyəti məişət şəraitində baş verir

Bakı. 18 yanvar. REPORT.AZ/ "Zəhərlənmələrin əksəriyyəti məişət şəraitində baş verir".

"Report"un məlumatına görə, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) Qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev deyib.

O bildirib ki, 2007-2009-cu illə müqayisədə son illərdə qida zəhərlənmələrinin sayı azalıb: "Ötən il iaşə müəssiələrində baş verən zəhərlənmələrlə bağlı aparılan araşdırmalar göstərdi ki, zəhərlənmələrin əksəriyyəti məişət şəraitində hazırlanan qidalardan baş verib. Zəhərlənmələrin səbəbləri müxtəlifdir. Əsas səbəblərdən biri ərzaqların düzgün saxlanılmamasıdır. Texniki emaldan keçmiş kulinariya məhsulları da zəhərlənmələrə səbəb olur. Onlar ev şəraitində çirklənməyə məruz qaldıqlarından zəhərlənmə yaradırlar. Düzgün şəraitdə saxlanılmayan şirniyyat məhsullarından qida zəhərlənmələri də çox olur".

İ. Abdullayev deyib ki, qida zəhərlənmələri zamanı ölüm hadisələri botulizm nəticəsində baş verir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi