BMT təmsilçisi: "İnsanlar bəzən QİÇS-ə görə müayinədən keçmək üçün həkimlərdən çəkinirlər"

BMT təmsilçisi: "İnsanlar bəzən QİÇS-ə görə müayinədən keçmək üçün həkimlərdən çəkinirlər" "QHT-lər bu xəstəliyə yoluxanların rəsmi qeydiyyata alınmasında və onların müayinəyə cəlb olunması işinə kömək edə bilərlər"
Sağlamlıq
4 Dekabr , 2014 13:08
BMT təmsilçisi: İnsanlar bəzən QİÇS-ə görə müayinədən keçmək üçün həkimlərdən çəkinirlər

Bakı. 4 dekabr. REPORT.AZ/ "İİV/QİÇS xəstəliyi dünyada kəskin xarakter aldığından bu xəstəliyə qarşı mübarizə üsulu effektli aparılmalıdır, əks təqdirdə cəmiyyət ciddi problemlə üzləşə bilər". "Report" xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin (MM) Sosial siyasət komitəsinin bu gün keçirilən "İnsan immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" qanunun monitorinqi ilə bağlı ictimai dinləmələr zamanı BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəsi Andro Şilkadze çıxışı zamanı deyib.

Onun sözlərinə görə, epidemiya hazırda davam etdiyindən mövcud problemə qarşı mübarizə qanunverciliklə müəyyən edilməlidir: "Gənclərin mütəmadi olaraq müayinədən keçməsini təmin etmək üçün ciddi maarifləndirmə işləri aparmalıyıq ki, onlar vaxtında müayinələrdən keçsinlər. Baxmayaraq ki, Azərbaycanda QİÇS Mərkəzi yaxşı fəaliyyət göstərir, amma bu işə QHT-lər də cəlb olunsa daha yaxşı olar. Çünki insanlar bəzən müayinədən keçmək üçün həkimlərdən çəkinirlər. Lakin QHT-lər bu xəstəliyə yoluxanların rəsmi qeydiyyata alınmasında və onların müayinəyə cəlb olunması işinə kömək edə bilərlər".

Son xəbərlər

Orphus sistemi