BMT: QİÇS-lə mübarizəyə ildə 26 milyard dollar tələb olunur

BMT: QİÇS-lə mübarizəyə ildə 26 milyard dollar tələb olunur "Müasir tibb elmi QİÇS-lə mübarizə üçün lazımı elmi bilik və vəsaitlərə sahibdir"
Sağlamlıq
23 Mart , 2016 20:00
BMT: QİÇS-lə mübarizəyə ildə 26 milyard dollar tələb olunur

Bakı. 23 mart. REPORT.AZ/ "XX əsrdə bəşəriyyətin qarşılaşdığı ən böyük problemlərdən biri QİÇS - Qazanılmış İmmun Çatışmazlığı Sindromudur. Bu xəstəliyin qarşısının alınması üçün ildə 26 milyard dollar vəsait tələb olunur". "Report"-un BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin İİV/QİÇS üzrə Birləşmiş proqramının (UNAİDS) rəhbəri Luis Lures bildirib.

Onun sözlərinə görə, müasir tibb QİÇS-lə mübarizə üçün lazımı elmi bilik və vəsaitlərə sahibdir. "Biz bu xəsrəliyə qalib gələ bilərik", - deyə Lures vurğulayıb.

Qeyd edək ki, Azərbaycanda “QİÇS haqqında” qüvvədə olan qanun 1996-cı ildə qəbul olunub. 2010-cu ildə isə qanun layihəsi yenidən işlənərək qanunvericilik bazası daha da genişlənib.Hazırda isə ölkədə xəstəliyin qarşısının alınması üçün zərərin azaldılması proqramı da həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi