Yuxarı
    Bağlamaq

    BMT: Hazırda dünyada 422 milyon insan diabetdən əziyyət çəkir

    BMT baş katibi Pan Gi Mun Dünya diabet günü ilə əlaqədar müraciət yayıb

    Bakı. 14 noyabr. REPORT.AZ/ BMT baş katibi Pan Gi Mun Dünya diabet günü ilə əlaqədar müraciət yayıb.

    BMT-nin Azərbaycan ofisindən "Report"a verilən məlumata görə, baş katib bildirib ki, bu xəstəlik ömür müddətini qısaldır və onunla mübarizə aparılmadığı təqdirdə bir çox mənfi fəsadlara yol açır.

    Onun sözlərinə görə, hazırda dünyada 422 milyon insan diabetdən əziyyət çəkir: "Bu beynəlxalq gündə hamınızı “Diabeti gözdən qoymayaq” mövzusuna uyğun hərəkət etməyə çağırıram. Gəlin onun profilaktikasına və səhiyyə xidmətlərinin gücləndirilməsinə daha çox diqqət yetirək ki, sağlamlığı alan bu xəstəlikdən əziyyət çəkən hər bir insan ehtiyac duyduğu dəstəyi ala bilsin".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi