BMT 2030-cu ilədək HİV epidemiyasına son qoyacağına ümid edir

BMT 2030-cu ilədək HİV epidemiyasına son qoyacağına ümid edir BMT baş katibinin müavini: Biz ölüm statistikasını və yeni yoluxma hallarını azalda bilərik
Sağlamlıq
25 Mart , 2016 16:20
BMT 2030-cu ilədək HİV epidemiyasına son qoyacağına ümid edir

Bakı. 25 mart. REPORT.AZ/ BMT 2030-cu ilədək HİV epidemiyasına son qoyacağına ümid edir.

"Report"un verdiyi xəbərə görə, bu barədə Şərqi Avropa və Mərkəzi Asiyada HİV/AİDS üzrə Beynəlxalq konfrans çərçivəsində BMT baş katibinin müavini Mişel Sidibe deyib.

"Buna ümid edirik. Vaxt var idi, biz bu xəstəliyin müalicəsindən belə danışa bilmirdik. Bu gün isə, demək olar ki, məqsədimizə çatmışıq və 2015-ci ilədək 15 mln. insanın müalicəsini təmin edə bilmişik", - Mişel Sidibe bildirib.

Onun sözlərinə görə, onlar elmi bazanı tamamilə dəyişdirə biliblər: "Əgər əvvəl gün ərzində biz xəstələrə 18 həb verirdiksə, ində 1 həb bəs edir. Həmçinin dünya üzrə dərmanların qiymətinə də təsir edə bilmişik. İrəliləyiş var. Biz ölüm statistikasını və yeni yoluxma hallarını azalda bilərik".  

Son xəbərlər

Orphus sistemi