Bakı. 4 iyun. REPORT.AZ/ "Bakı şəhəri, Binəqədi rayonunda baş verən yanğında xəsarət alan 33 nəfərin hamısı evə buraxılıb". Bu barədə "Report"a 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib.
Onun sözlərinə görə, şöbədə müalicə olunan sonuncu xəstə dünən evə buraxılıb: "Artıq Toksikologiya şöbəsində həmin binada xəsarət alanlardan heç kim qalmayıb".
Şöbə müdiri bildirib ki, evə buraxılan xəstələrin vəziyyətlərində heç bir ağırlıq, təhlükə yoxdur: "Xəstəxanadan evə buraxılanlar qeydiyyatda olduqları ərazi üzrə sahə həkimlərinin nəzarəti altındadırlar. Bununla bağlı
Xatırladaq ki, mayın 19-da Bakının Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada yanğın baş verib. Nəticədə 4-ü azyaşlı olmaqla 15 nəfər ölüb, 50-dən çox insan müxtəlif dərəcəli bədən xəsarəti alıb və ya zəhərlənib.
Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb. Eləcə də Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.