Komitə sədrinin müavini: "Bəzi şirkətlər Çində istehsal olan dərmanları Azərbaycana gətirirlər"

Komitə sədrinin müavini: "Bəzi şirkətlər Çində istehsal olan dərmanları Azərbaycana gətirirlər" "Tarif Şurası buna çox ciddi əncam çəkməlidir"
Sağlamlıq
12 Aprel , 2017 12:38
Komitə sədrinin müavini: Bəzi şirkətlər Çində istehsal olan dərmanları Azərbaycana gətirirlər

Bakı. 12 aprel. REPORT.AZ/ “Bəzi şirkətlərin Çində istehsal olunan dərmanları Avropaya göndərib orada qablaşdırmaqla Azərbaycana gətirdikləri barədə çoxlu sayda müraciətlər daxil olur”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev komitənin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, bəzi hallarda həkimlərin xəstəyə təyin etdiyi dərmanlar o qədər də effekt vermir: “Ona görə də xəstələrə qonşu ölkələrdən dərman gətirmələrini tövsiyə edirik. Bu, çox ciddi narahatlıq doğuran faktdır. Tarif Şurası buna çox ciddi əncam çəkməlidir. Bəlkə də 400-500 adda dərmanın qiymətini tənzimləməli, yerdə qalanlarının qiymətini isə şirkətlərin özlərinə həvalə etməliyik”.

M.Quliyev bildirib ki, bioloji aktiv maddələr dərman deyil və onların tərkibində bioloji fəal maddələr var: “Onların hədsiz, dozasız istifadəsi zərər verə bilər. Bioloji fəal maddələr dərman vasitəsini əvəz etmir, amma xəstələrin orqanizminin gücləndirilməsi, onun reabilitasiyası dövründə bu vasitələrdən istifadə edilir. Ona görə də bunların işlənmə qaydası olmalıdır. Həkimlər xəstələrə bunu müstəsna olaraq izah etməlidir”.

Son xəbərlər

Orphus sistemi