Bakı. 14 avqust. REPORT.AZ/ İyul ayında Azərbaycanda gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 78 müəssisənin sahibi inzibati qaydada cərimə olunub. Bu barədə "Report"a
O bildirib ki, keçən ay 26 obyektin istismarının müvəqqəti dayandırılması, eləcə də 11 nəfərin işdən kənarlaşdırılması barədə qərar qəbul edilib: "Bundan başqa, 3 iş istintaq orqanlarına təhvil verilib. Həmçinin, keçən ay 264 yeyinti məhsulundan orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə nümunə götürülüb və onlardan ikisinin nəticəsi qeyri-kafi olub. Bakterioloji məhsullardan götürülən 247 nümunədən ikisində mənfi nəticə əldə edilib".
İ.Abdullayevin sözlərinə görə, şadlıq evlərindən 883 yaxma nümunəsi götürülüb ki, bunlarda 10 mikrobioloji çirklənmə aşkar olunub.