Yuxarı
    Bağlamaq

    ​Rəsmi açıqlama: "Bəzi müəssisələr lavaş məhsullarına yararlılıq müddəti təyin edərkən qanunları pozur"

    “Qablaşdırılmış lavaşı 12 saatdan artıq saxlamaq olmaz”

    Bakı. 5 oktyabr. REPORT.AZ/ "Satışda yararlılıq müddəti 3 gün təyin olunan qablaşdırılmış lavaş satılır ki, bu da qanunun pozulması deməkdir". Bunu "Report"a açıqlamasında Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev deyib.

    O, bildirib ki, milli çörək məmulatlarından olan lavaş hazırlandıqdan sonra qablaşdırılırsa, belə halda cəmi 12 saat, yəni günün yarısı qədər yararlılıq müddəti var: "Nəm halda lavaşı sellofan torbaya qablaşdırıb, mağazaya buraxmaq və sutkalarla orada saxlamaq qətiyyən olmaz. Lavaş qurudulmuş halda uzun müddət qala bilər. Bir çox rayonlarda onu qış azuqəsi kimi qurudulmuş şəkildə qışa saxlayırlar və qışda nəmləndirib yeyə bilirlər. Nəm halda qablaşdırılanda isə torbada nəmlik 30-40 faiz olur. Bu səbəbdən qablaşdırılımış məhsul 10-12 saatdan çox qalmır. Bu vaxt ərzində də məhsul ancaq sərin yerdə saxlanmalıdır".

    İ.Abdullayev bildirib ki, isti havalarda uzun müddət saxlanılan məhsulun kif atması qaçılmazdır. Onun sözlərinə görə, müştərilər satıcılardan bu cür çörəkləri qaytarmalarını tələb edə bilərlər: "12 saatın tamamında mağazalar bu cür çörəkləri satışdan yığışdırmalıdırlar".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi