Beyin iflicinin yaranmasına genetik amillər təsir göstərir

Beyin iflicinin yaranmasına genetik amillər təsir göstərir Kanadada yeni doğulan hər min körpədən 2-si bu xəstəlikdən əziyyət çəkir
Sağlamlıq
4 Avqust , 2015 23:44
Beyin iflicinin yaranmasına genetik amillər təsir göstərir

Bakı. 4 avqust. REPORT.AZ/ Beyin iflicinin yaranmasına genetik amillər təsir göstərir. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu qənaətə kanadalı alimlər apardıqları araşdırmadan sonra gəliblər.

Alimlər beyin iflici keçirən uşaqlarla onların valideynləri üzərində apardıqları araşdırmaların nəticəsində xəstəliyin genetik yolla inkişaf etdiyini ortaya çıxarıb. Belə ki, ölkədə yeni doğulan hər min körpədən 2-si bu xəstəlikdən əziyyət çəkir. Araşdırmaya görə, həmin xəstələrin 10 faizinə məhz genetik amillərin təsir göstərdiyi müəyyən edilib.

Mütəxəssislər valideynlərə vəziyyətlə bağlı özlərini günahkar hiss etməmələrini tövsiyə ediblər. Çünki bu hal öz-özünə olan genetik dəyişiklikdir. Ona görə də bu məsələdə valideynin edə biləcəyi bir şey yoxdur.

Son xəbərlər

Orphus sistemi