Azərbaycanın aparıcı İT şirkəti “Bestcomp Group” ölkə başçısının təşəbbüsünü tam dəstəkləyərək, COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycanda aparılan preventiv tədbirlərə qoşulub.
“Report”un məlumatına görə, şirkətin Müşahidə Şurası, korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti
“Bestcomp Group” cəmiyyət qarşısında məsuliyyətini dərk edərək və pandemiya ilə mübarizədə Təhsil Nazirliyinin qarşılaşdığı çağırışları nəzərə alaraq, “Microsoft Teams” platforması əsasında distant təhsil texnologiyaların tətbiqində fəal, təmənnasız iştirak edir. Bu platforma müəllimlərin və təhsilalanların interaktiv ünsiyyətini quraraq təhsil-tədris prosesini məsafədən təşkil etməyə imkan verir.
“Bestcomp Group” şirkətlər qrupu, Zaqafqaziya və Mərkəzi Asiya regionunda "HP Inc.", “Hewlett Packard Enterprise”, “Lenovo”, “Acer”, “Microsoft”, CISCO, “Juniper”, “Fortinet”, “Eaton”, “APC by Schneider Electric”, “Schneider Electric”, “Eltek”, “Benning”, “Radware”, “Microfocus”, “Manage Engine”, “Panduit”, “Tripp Lite”, “Artronic”, “Uniview”, “Apacer”, “Kindermann”, HID, “Monacor”, “Qualys”, “Radiflow” kimi dünyanın bir çox aparıcı istehsalçılarının “Value Added” distribütoru, İKT sistem inteqrasiyası sahəsində tərəfdaşı olaraq, sifarişçilərə peşəkar konsaltinq, texniki və layihə dəstəyi xidmətləri təqdim edir.