Yuxarı

Bərdə xəstəxanasının qarşısına atılan körpənin evdə doğulduğu məlum olub - FOTO

Onun üzündə göyərmələr və digər zədələr var

Bərdə. 12 sentyabr. REPORT.AZ/ Bərdə Rayon Mərkəzi Xəstəxanasının (RMX) qarşısına atılan körpə oğlanın evdə doğulduğu məlum olub.

RMX-dan “Report”un Qarabağ müxbirinə verilən məlumata görə, körpənun üzündə göyərmələr və digər zədələr doğuş zamanı yaranıb.

Hazırda xəstəxananın doğum şöbəsində olan körpənin vəziyyəti yaxşıdır. “Onun çəkisi 2,5 kq, boyu isə 42 sm-dir. Müvafiq sənədləşmə işlərindən sonra körpə Gəncədəki uşaq evinə veriləcək”, - xəstəxanadan bildirilib.

Qeyd edək ki, körpə təxminən bir həftəlikdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi