Belarusun səhiyyə naziri Azərbaycana səfər edəcək

Belarusun səhiyyə naziri Azərbaycana səfər edəcək Sərgidə Belarusun tibb sahəsində aparıcı şirkətləri öz imkanlarını nümayiş etdirəcəklər
Sağlamlıq
26 Sentyabr , 2017 13:03
Belarusun səhiyyə naziri Azərbaycana səfər edəcək
Sputnik / Виктор Толочко

Bakı. 26 sentyabr. REPORT.AZ/ Belarusun səhiyyə naziri Valeri Malaşko Azərbaycana səfər edəcək.

Belarusun Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, nazir sentyabrın 28-dən 30-dək Bakı Ekspo Mərkəzində keçiriləcək 23-cü Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisində (BIHE 2017) iştirak edəcək.

Sərgidə Belarusun tibb sahəsində aparıcı şirkətləri öz imkanlarını nümayiş etdirəcəklər.

Son xəbərlər

Orphus sistemi