Yuxarı

​Bayram günlərində "Təcili tibbi yardım"a müraciətlərin statistikası açıqlanıb

Çağırışlar əsasən ürək-damar sistemi və mədə-bağırsaq xəstəliklərinin kəskinləşməsi ilə əlaqədar olub

Bakı. 23 mart. REPORT.AZ / Bakıda bayram günləri ərzində "Təcili tibbi yardım"a müraciət edənlərin sayında 15 faiz artım olub. Bu barədə "Report"a Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkimi Mürsəl Həmidov deyib.

Onun sözlərinə görə, çağırışlar əsasən ürək-damar sistemi və mədə-bağırsaq xəstəliklərinin kəskinləşməsi ilə əlaqədar olub.

Baş həkim həmçinin qeyd edib ki, bayram günlərində çağırışların çoxalmasına ambulator poliklininka sistemi və dövlət xəstəxanalarının bu günlərdə növbətçi sistemi ilə işləməsi və ya işləməməsi səbəb olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi