Yuxarı

Bayram günlərində Kliniki Tibbi Mərkəzə müraciət edən xəstələrin statistikası məlum olub

Baş həkim: 5 gün ərzində xəstəxanaya 185 xəstə daxil olub

Bakı. 5 yanvar. REPORT.AZ/ Azərbaycanda bayram günlərində (31 dekabr - 4 yanvar) Kliniki Tibbi Mərkəzə müraciət edən xəstələrin statistikası məlum olub. Mərkəzin baş həkimi Sultan Əliyev "Report"a deyib ki, 5 gün ərzində xəstəxanaya 185 xəstə daxil olub.

Baş həkimin sözlərinə görə, cərrahiyyə üzrə 66 xəstə daxil olub ki, onların 39-u xəsarət alanlardır: "Bura həm avtonəqliyyat hadisəsi, həm də digər travma zamanı xəsarət alanlar, eləcə də kor bağırsağın iltihabı olanlar daxildir. 22 xəstə isə terapiya korpusuna gəlib. Bura ilk növbədə beyin-qan dövranının pozulması, ürək ağrıları və digər xəstəliklər aiddir".

O, həmçinin qeyd edib ki, mərkəzin toksikologiya şöbəsinə 48 müraciət daxil olsa da, onlardan 18-i qəbul olunub: "Qəbul olunan xəstələr əsasən dəm qazı, dərman və alkoqollu içkilərdən zəhərləniblər. İnfeksion şöbəyə qida zəhərlənmələri, su çiçəyi, məxmərək, qızılca da daxil olmaqla ümumilikdə 39 xəstə daxil olub. Doğum şöbəsinə isə 40 hamilə gəlib ki, onlardan 30-da doğuş həyata keçirilib".  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi