Bayram günlərində Bakıda təcili tibbi yardıma müraciətlərin sayı artıb

Bayram günlərində Bakıda təcili tibbi yardıma müraciətlərin sayı artıb Bayram günləri 138 briqada iş başında olub
Sağlamlıq
5 Yanvar , 2017 10:27
Bayram günlərində Bakıda təcili tibbi yardıma müraciətlərin sayı artıb

Bakı. 5 yanvar. REPORT.AZ/ “Bayramla əlaqədar istirahət günlərində təcili tibbi yardıma müraciətlər arasında fövqəladə vəziyyət qeydə alınmayıb. Bütün briqada normal şəkildə fəaliyyət göstərib”.

Bunu “Report”a Bakı Şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Murad Mirzəzadə deyib.

Onun sözlərinə görə, bayram günlərində Bakıda təcili yardıma müraciət edənlərin sayı adi günlərlə müqayisədə çox olur: “Buna səbəb poliklinikaların işləməməsidir. Əsas adi çağırışlar üzrə müraciətlər olub. Gün ərzində təxminən 2800-dən çox müraciət edilib”.

M.Mirzəzadə onu da qeyd edib ki, bayram günləri 138 briqada iş başında olub: “Bölmələrdə məsul şəxslərin hamısı növbəlilik prinsipi əsasında gücləndirilmiş iş rejimi əsasında işləyib. Bütün müraciətlər vaxtında öz həllini tapıb və gecikmə ilə bağlı heç bir şikayət olmayıb. Bir faktı da əlavə edim ki, təcili və təxirə salınmaz çağırışları ilk növbədə həll etmişik”. 

Son xəbərlər

Orphus sistemi