Yuxarı
    Bağlamaq

    Baş toksikoloq: "Azərbaycanda bu il sirkə turşusundan zəhərlənmə nəticəsində 8 nəfər ölüb"

    Azər Maqsudov: İlan sancması ilə əlaqədar şöbəmizə 114 xəstə müraciət edib

    Bakı. 7 dekabr. REPORT.AZ/ "Azərbaycanda bu il sirkə turşusundan zəhərlənmə nəticəsində 8 nəfər ölüb. Onlar xəstəxanaya çox ağır vəziyyətdə gətirildiyindən həyatlarını xilas etmək mümkün olmayıb".

    "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ölkənin baş toksikoloqu, Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

    O bildirib ki, sirkə turşusundan zəhərlənmə ilə bağlı şöbəyə hər ay 5-7 müraciət daxil olur: "İntihar məqsədilə sirkə turşusu və dərman preparatları ilə zəhərlənmə ümumi toksikoloji müraciətlərin 3%-ni təşkil edir. Bu rəqəm bütün illər ərzində 3-4% olub. Sirkə turşusundan zəhərlənmə ən çox ailə-məişət münaqişə zəminində baş verir".

    Baş toksikoloq əlavə edib ki, ümumilikdə şöbəyə il ərzində müraciət edən 68 uşaqdan 42-si dərmandan, qalanları isə dəm qazından zəhərlənib: "Bundan başqa, yay mövsümündə zəhərli göbələkdən zəhərlənmə ilə bağlı 26 xəstə müraciət edib və onların hamısı sağalıb. Ölüm faktı isə olmayıb. İlan sancması ilə əlaqədar isə 114 xəstə müraciət edib". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi