Baş redaktor və ailə üzvləri COVID-19-a yoluxub

Baş redaktor və ailə üzvləri COVID-19-a yoluxub Kaspi qəzetinin baş redaktoru, Əməkdar jurnalist İlham Quliyev ailə üzvləri ilə birlikdə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Sağlamlıq
22 İyun , 2020 16:20
Baş redaktor və ailə üzvləri COVID-19-a yoluxub

"Kaspi" qəzetinin baş redaktoru, Əməkdar jurnalist İlham Quliyev ailə üzvləri ilə birlikdə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

"Report" xəbər verir ki, baş redaktor bu barədə sosial şəbəkə hesabında bildirib.

"Koronavirus infeksiyası ilə mübarizə aparan xəstələrin sırasına mən və ailə üzvlərim də qoşuldu. Kompüter tomoqrafiyası ilə aparılan müayinələr ağciyərlərimin hər iki payında buzlu şüşə aşkarladı. Müalicə "Neftçilər" xəstəxanasında davam etdirilir. Çətinliklərə və ağrılara baxmayaraq, nikbinik. Tezliklə virusla mübarizəni qazanıb, normal həyata qayıdacağımıza inanırıq. Özünüzü qoruyun", - İ.Quliyev qeyd edib.

Son xəbərlər

Orphus sistemi