Yuxarı
    Bağlamaq

    Baş pediatr: “Salyandan gətirilən körpənin vəziyyəti stabil-ağır olaraq qalır"

    Nəsib Quliyev: Körpənin durumu ilə bağlı yeni nəsə demək üçün avqustun 10-na kimi gözləmək lazımdır”

    Bakı. 28 iyun. REPORT.AZ/ “Salyan rayon Mərkəzi Xəstəxanasında doğulan üçəmlərdən sağ qalanının vəziyyəti stabil-ağır olaraq qalır və hazırda küveyzdə müalicəsi davam edir. Körpənin səhhəti ilə bağlı yeni nəsə demək üçün avqustun 10-na kimi gözləmək lazımdır”.

    Bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev deyib.

    O bildirib ki, 8 günlük körpənin müalicəsi davam edir: “Körpə vaxtından 10 həftə əvvəl 1 kilo 200 qram dünyaya gəlib. Çəkisi lazımi bədən kütləsinə gəlib çıxana qədər bu vəziyyət davam edəcək. Ümid edirik ki, o zamana qədər körpə arzu olunan çəkiyə gəlib çatacaq. Bu məsədə təmkinli olmaq əsas şərtdir”.

    N.Quliyev əlavə edib ki, hazırda institutda 46 ağır vəziyyətdə olan körpə müalicə alır.

    Qeyd edək ki, iyunun 20-də Salyan rayon Mərkəzi Xəstəxanasında Mirzabitə İlham qızı Abdullayeva üçəm uşaq dünyaya gətirib. Xəstəxananın işıqları söndüyünə görə üçəmlərin ikisi tələf olub. Sağ qalan körpə Bakıdakı Elmi-tədqiqat Pediatriya İnstitutuna yerləşdirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi