Yuxarı

Baş pediatr: “Salyanda doğulan üçəmlərdən sağ qalanının vəziyyəti ağır-stabildir”

“Körpə həm küveyzdədir, həm də ağciyərlərin süni ventilyasiya aparatına qoşulub”

Bakı. 22 iyun. REPORT. AZ/ “Salyan rayon mərkəzi xəstəxanasında doğulan üçəmlərdən sağ qalanının vəziyyəti ağır-stabildir”.

Bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev deyib.

O bildirib ki, Abdullayev soyadlı iki günlük körpənin vəziyyəti hazırda ağır-stabildir: “Körpənin çəkisi 1200 qramdır”.

N.Quliyevin sözlərinə görə, hazırda köməkçi rejimdə ağciyərlərin süni ventilyasiyası aparılır: “Körpənin vəziyyəti çox ağırdır. Amma xəstəxanaya yerləşdirilən andakı ağır vəziyyətindən çıxartmışıq. Körpəyə yardım edilir. Körpə həm küveyzdədir, həm də ağciyərlərin süni ventilyasiya aparatına qoşulub”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi