​Baş pediatr: “Dərman şirkətləri qızları klinikalara reklam üçün göndərirlər”

​Baş pediatr: “Dərman şirkətləri qızları klinikalara reklam üçün göndərirlər” “Bu işlə məşğul olanlar gec-tez cəzalarını tapacaqlar”
Sağlamlıq
20 Dekabr , 2014 10:28
​Baş pediatr: “Dərman şirkətləri qızları klinikalara reklam üçün göndərirlər”

Bu işlə məşğul olanlar gec-tez cəzalarını tapacaqlar”

Bakı. 20 dekabr. REPORT.AZ/ “Bir neçə il əvvəl Azərbaycanda qəbul edilən "Əczaçılıq fəaliyyəti haqqında" qanuna görə ölkədə dərman preparatlarının reklamı qadağan olunub. Tibb işçisi olduğumdan bu hallara qarşı heç bir qadağa qoya bilmərəm. Bu kimi halların qarşısını Nazirlər Kabineti, özəl televiziyaların rəhbərləri və cavabdeh şəxslər almalıdır”.

Bunu “Report”a müsahibəsində Azərbaycanın baş pediatrı, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib.

“Lakin bu işlə məşğul olanlar gec-tez cəzalarını tapacaqlar”, - o əlavə edib. N.Quliyev vurğulayıb ki, dövlətin qəbul etdiyi qanunun əleyhinə çıxmaq olmaz: “Hazırda dərman satışı ilə məşğul olan şirkətlər, qızlardan ibarət qrupu yığıb ayrı-ayrı klinikalara reklam üçün göndərirlər. Hər kəs bilməlidir ki, dərmanın satılan yeri ancaq aptekdir”.

Son xəbərlər

Orphus sistemi