Azad Kərimli: "Baş onkoloq kimi onkoloji xəstələrin xaricə üz tutmasını qəbul edə bilmirəm"

Azad Kərimli: "Baş onkoloq kimi onkoloji xəstələrin xaricə üz tutmasını qəbul edə bilmirəm" Azərbaycanlı onkoloji xəstələrin ən çox getdiyi xarici ölkələr də məlum olub
Sağlamlıq
11 Sentyabr , 2015 16:25
Azad Kərimli: Baş onkoloq kimi onkoloji xəstələrin xaricə üz tutmasını qəbul edə bilmirəm

Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycanlı onkoloji xəstələrin ən çox getdiyi xarici ölkələr məlum olub. "Report"un xəbərinə görə, ölkənin baş onkoloqu Azad Kərimli bildirib ki, xəstələr əsasən İran, Türkiyə və Rusiyaya üz tutur.

O deyib ki, Azərbaycanda Milli Onkologiya Mərkəzində onkoloji xəstələrin nəinki müayinə və müalicəsi, eləcə də xəstəliklərin izlənilməsi üçün şərait olsa da, bəzi xəstələr müalicələrini digər ölkələrdə almağa qərar verirlər: "Həmin xəstələr çox vaxt fəsadlaşmış formada yenidən Mərkəzə müraciət edir. Hətta xəstələrin bəziləri həmin ölkələrə xəstə aparmaqla məşğul olub pul qazanan insanların tələsinə düşür. Sonradan isə xəstəliyin sağalmaq əvəzinə, daha da şiddətləndiyini görüb, yenidən bizə müraciət edirlər”.

A.Kərimli əlavə edib ki, Azərbaycanda onkoloji sahədə ABŞ və Almaniyada təcrübə keçən kadrlar çalışır: "Xaricə onkoloji xəstəliklərlə bağlı üz tutanlar bilməlidirlər ki, Amerika, Almaniya kimi ölkələrdə həmin xəstələrin diaqnostikasında istifadə edilən tibbi avadanlıqlar bizdə də var. Baş onkoloq kimi onkoloji xəstələrin xaricə üz tutmasını qəbul edə bilmirəm".

Son xəbərlər

Orphus sistemi