Baş nazirin müavini: "Yaralılara və itkin düşənlərin yaxınlarına bütün köməklik göstəriləcək" - ƏLAVƏ OLUNUB

Baş nazirin müavini: "Yaralılara və itkin düşənlərin yaxınlarına bütün köməklik göstəriləcək" - ƏLAVƏ OLUNUB Əli Əhmədov: "Günəşli" yatağında baş verən hadisə Prezidentin şəxsi nəzarətindədir və bütün lazımi addımlar atılacaq"
Sağlamlıq
7 Dekabr , 2015 17:30
Baş nazirin müavini: Yaralılara və itkin düşənlərin yaxınlarına bütün köməklik göstəriləcək - ƏLAVƏ OLUNUB

Bakı. 7 dekabr. REPORT.AZ/ "Günəşli" yatağının 10 saylı dərin dəniz özülündə baş verən hadisə Prezident İlham Əliyevin şəxsi nəzarətində olduğundan bütün lazımi addımlar atılacaq".

"Report" xəbər verir ki, bunu baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov deyib. 

Mərkəzi Neftçilər Xəstəxanasında neftçilərə baş çəkdikdən sonra jurnalistlərə açıqlama verən baş nazirin müavini bildirib ki, yaralılara və itkin düşənlərin yaxınlarına bütün köməklik göstəriləcək: "Təəssüf edirik ki, belə hadisə baş verdi. Prezident İlham Əliyevin qərarı ilə ölkədə matəm elan olunması ən böyük addım idi".

Onun sözlərinə görə, Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan 13 nəfərdən bir neçəsi bu gün evə buraxıla bilərmiş, lakin həkimlər icazə verməyib: "Həkimlər məsləhət gördü ki, yaralılar bir neçə gün də həkim nəzarəti altında qalsınlar. Onların sağalması üçün hər cür şərait yaradılıb. Ümid edirəm ki, itkin düşənlər də tezliklə tapılacaq, xəsarət alanlar isə yaxın günlərdə evlərinə buraxılacaq. Evə buraxılanlar isə ev şəraitində müalicələrini davam etdirirlər". 

Qeyd edək ki, dekabrın 4-də güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 7 nəfər neftçinin cəsədi aidiyyəti üzrə təhvil verilib, 23 nəfərin axtarışı davam etdirilir.

Son xəbərlər

Orphus sistemi