Yuxarı

Baş mama-ginekoloq: "Azərbaycanda il ərzində 150-170 min doğuş baş verir"

Sevinc Məmmədova: Azərbaycanda nikaha girmək yaşı dəyişib, 25 yaşa qədər olan xanımlarımız təhsil almağa və çalışmağa önəm verirlər

Bakı. 30 iyun. REPORT.AZ/ "Azərbaycanda il ərzində 150-170 min doğuş baş verir və bunun da 70-80 faizi normal fizioloji halda olur". 

"Report"un məlumatına görə, bunu Azərbaycanın baş mama-ginekoloqu Sevinc Məmmədova jurnalistlərə bildirib.

Onun sözlərinə görə, hamiləliklərin yalnız 20-30 faizində kənara çıxmalar qeydə alınır: "Bunun da əsas səbəbi qadınların hamiləlikdən öncə müayinə olunması, mütəxəssislərə müraciət etməməsidir. Hamiləlik zamanı isə artıq gec olur. Daxili sematik xəstəlikərin inkişafı nəticəsində hamiləliyin sonunda yardım göstərilməsinə çətinlik yaradır. Ümumiyyətlə, hamiləlik müddətində kənara çıxmalar müşahidə olunacağı təqdirdə dərhal müvafiq tibb müəssisələrinə göndərilməlidir. Adətən, birinci səviyyəli doğuşlar normal fizioloji halda həyata keçirilir".

Baş mama-ginekoloq deyib ki, hepatit və digər infeksiyon xəstəlikləri olan hamilələr Kliniki Tibbi Mərkəzə, dəri zöhrəvi xəstəlikləri olanlar ərazi üzrə doğum evlərinə, qida zəhərlənməsi halları ilə üzləşənlər Kliniki Tibbi Mərkəzə, vərəm və ağçiyər xəstələlikləri olanlar 2 saylı Doğum Evinə, böyrək problemi olan hamilələr 3 saylı Şəhər Kliniki Xəstəxanasına, ürək-damar, nevroloji, endokrinoloji, hematolji xəstəlikləri olan hamilələr Respublika Kliniki Xəstəxanasına yerləşdirilirlər. Adətən, problemli hamiləlik 25 yaşdan yuxarı olan xanımlarda baş verir. Azərbaycanda nikaha girmək yaşı da dəyişib. Bu gün 25 yaşa qədər olan gənc xanımlarımız təhsil almağa və çalışmağa önəm verirlər. Bundan sonra ailə qurmaq istəyi olur. Lakin bu zaman orqanizmdə müəyyən xəstəliklər inkişaf edir. Patoloji hamiləliyin olmasının birinci və ikinci, eləcə də sonrakı hamiləlik dövrünə təsadüf etməsi anlayışı yoxdur".

S.Məmmədova əlavə edib ki, antinetal dövrün aparılması qadın məsləhətxanalarının həkimləri tərəfindən həyata keçirilir: "Qadın məsləhətxanalarının əsas vəzifələri hamilələri 9 ay ərzində izləmək, vaxtında risk qrupuna aid olan xəstəliklərin aşkarlanması və buna uyğun tədbirlər planının hazırlanmasını təmin etməkdir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi