Baş həkim: "Sürüşərək yıxılıb travma alan 2 nəfər təcili yardıma müraciət edib"

Baş həkim: "Sürüşərək yıxılıb travma alan 2 nəfər təcili yardıma müraciət edib" Rauf Nağıyev: "Hazırda onlar Travmatologiya və Ortopediya Elmi-Tədqiqat İnstitutunda müayinə olunurlar"
Sağlamlıq
26 Yanvar , 2016 10:26
Baş həkim: Sürüşərək yıxılıb travma alan 2 nəfər təcili yardıma müraciət edib

Bakı. 26 yanvar. REPORT.AZ/ "Yanvarın 25-i səhərdən bu gün səhərə kimi Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında 1 800 çağırış qeydə alınıb. Səhər saatlarında isə sürüşərək yıxılıb travma alan 2 nəfər təcili yardıma müraciət edib. Hazırda onlar Travmatologiya və Ortopediya Elmi-Tədqiqat İnstitutunda müayinə olunurlar". 

Bunu "Report"a açıqlamasında stansiyanın baş həkimi Rauf Nağıyev deyib.

Onun sözlərinə görə, bu müddət ərzində bütün çağırışlar icra olunub: "Bütün köməkçi stansiyalar yüksək keçiricilik qabiliyyəti olan nəqliyyat vasitəsi ilə təmin olunub. Çağırışlar idarə olunur. Yıxılaraq xəsarət alanlar barədə hələlik dəqiq məlumatım yoxdur. Çünki hələ onlar rentgendən keçiriləcək. Onları Elmi-Tədqiqat İnstitutuna aparan həkim briqadaları hələ geri dönməyib".

Son xəbərlər

Orphus sistemi