Yuxarı

Azərbaycanda baş həkim barəsində cinayət işi başlanıb

Onun 7 000 manat və 12 600 dollar pulu rüşvət kimi almasına dair şübhələr var

Onun 7000 manat və 12 600 dollar pulu rüşvət kimi almasına dair şübhələr var

Bakı. 29 fevral. REPORT.AZ/ Gəncə şəhər Psixonevroloji Dispanserinin baş həkiminin qanunsuz hərəkətləri barədə daxil olmuş şikayət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Araşdırmalar zamanı dispanserin baş həkimi Yaşar Əliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özü və ya üçüncü şəxslər üçün qanunsuz olaraq maddi və s. nemətlər əldə etmək məqsədilə dispanser qeydiyyatında olan və ya ümumiyyətlə, dispanser qeydiyyatında olmayan ayrı-ayrı şəxslərin pensiyaya qanunsuz çıxarılması məqsədilə müvafiq sənədlərin verilməsi üçün ümumilikdə 7 000 manat və 12 600 ABŞ dolları məbləğində pulu rüşvət kimi almasına şübhələr üçün əsaslar olduğundan barəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda aşkar edilmiş faktlar üzrə istintaq tədbirləri davam etdirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi