Baş direktor müavini: "Xəstəxanada müalicə alan neftçilərdən ikisi bu gün evə buraxılacaq"

Baş direktor müavini: "Xəstəxanada müalicə alan neftçilərdən ikisi bu gün evə buraxılacaq" Nadir Mehdiyev: "Müayinə nəticəsində heç kəsdə psixoloji problem aşkar olunmayıb"
Sağlamlıq
7 Dekabr , 2015 11:51
Baş direktor müavini: Xəstəxanada müalicə alan neftçilərdən ikisi bu gün evə buraxılacaq

Bakı. 7 dekabr. REPORT.AZ/ "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində xəsarət alanlardan evə buraxılan 21 nəfər növbə ilə bu gün Mərkəzi Neftçilər Xəstəxanasına gələcək. Artıq 10-a yaxın xəstə yenidən müayinədən keçib". "Report" xəbər verir ki, xəstəxananın baş direktor müavini Nadir Mehdiyev jurnalistlərə açıqlamasında belə deyib. 

Onun sözlərinə görə, xəstələr üçün artıq psixoloq ayrılıb: "Xəstəxanada müalicə alan 9 nəfərdən ikisi bu gün evə buraxılacaq. Digərlərinin isə yəqin ki, 2 -3 günə evlərinə getmələrinə icazə veriləcək. Xəstələr arasında zədələrə görə əmək qabiliyyətini itirən yoxdur. Sadəcə, zədələnmə ola bilər, bu da normaldır. Lakin müayinə nəticəsində heç kəsdə psixoloji problem aşkar olunmayıb".

N.Mehdiyev əlavə edib ki, xəstəxanada yatan 4 neftçi cərrahiyyə şöbəsində, 2-si lor, 3-ü isə terapiya şöbəsində müalicəsini davam etdirir. 

Son xəbərlər

Orphus sistemi